Hələb 8 ildən sonra sərnişin təyyarəsini qəbul edib
19.02.2020
Suriyanın Hələb şəhərindəki hava limanı 8 ildə ilk dəfə fevralın 19-da sərnişin təyyarəsini qəbul edib.
Xəbər verildiyi kimi, bu barədə Suriyanın dövlət agentliyi "SANA” məlumat yayıb.
Layner ölkənin paytaxtı Dəməşqdən Hələbə uçub.
Agentlik təyyarənin bölgədəki terrorçuların ortadan qaldırılması səbəbindən qəbul edildiyini qeyd edib.
Nəqliyyat naziri Ali Hamud hökumət qüvvələrinin Hələb və Suriyanın qalan hissəsini işğalçılardan azad etmək üçün əlindən gələni etdiyini bildirib.