21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Felgenhauer: Dünənki hücum Kremlin Zelenskiyə siyasi təzyiqidir

19.02.2020

Zoloto ətrafındakı döyüşlər Ukraynaya hücum deyil, sadəcə, Kremlin Ukrayna Prezidenti Vladimir Zelenskiyə siyasi təzyiqidir.
Bu sözlər rusiyalı hərbi analitik Pavel Felgenhauerin "Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. O, Zelenskinin Donbas savaşının bitməsiylə bağlı verdiyi son bəyanatların Moskvanın xoşuna gəlmədiyini bildirib.
Felgenhauer bununla kimin situasiyanı nəzarətdə saxlamağa çalışdığını göstərdiyini söyləyib:
"Zoloto rayonundakı toqquşma kifayət qədər ciddidir, amma o, lokal xarakter daşıyır. Bu, Kiyevə və dünyaya edilən siyasi təzyiqdir. Kreml göstərdi ki, Zelenski Donbasdakı müharibəni bitirə bilməz. Yəni göstərməyə çalışırlar ki, bu onun gücündə deyil, müharibənin bitməsi haqqında Zelenskinin nə deməyindən asılı olmayaraq, Ukrayna Prezidenti situasiyaya nəzarət etmir”.