Məşhur bloger koronavirusun dərmanını 3,2 milyarda satır
19.02.2020
Məşhur küveytli bloger və ictimai fəal Salva əl-Matiri koronavirusa qarşı hazırladığı "müalicə metodu”na görə 3,2 milyard dollar tələb edib.
Xəbər verildiyi kimi, bu məlumatı Matiri "Snapçat” sosial şəbəkəsində paylaşıb. O özünün hazırladığı müalicə metodunu Çinin Küveytdəki səfirliyinə gətirib.
"Mən Çin səfirliyi qarşısındayam ki, koronavirusun müalicə imkanları barədə qeydlərimi təqdim edim”, – deyə o paylaşıb.
Qeyd edək ki, Matiri bununla məşhur Çin aktyoru Ceki Çanın səsləndirdiyi təklifə reaksiya verib.
Bundan öncə Ceki Çan koronavirusa qarşı dərman tapana 143 min dollar mükafat verəcəyini söyləyib.