Uşaqları təmiz saxlamağın FƏSADLARI
19.05.2018
"Uşaqları həddən artıq çox təmiz saxlamaq, onlar üçün faydalı yox, əksinə zərərli olur".
"Dövran Media" xəbər verir ki, bu fikirləri neonatoloq Altay Abdullaoğlu paylaşıb.
Onun sözlərinə görə, şəhərdə dezinfektorlarla əlləri yumaq, spirtləməklə bu çox da yaxşı deyil:
"Uşaqların sağlamlığı üçün zərərlidir. Belə uşaqlar daha alergik olur, daha tez-tez xəstələnirlər. Ona görə rayon mühitində, heyvanların və s. saxlanıldığı mühitdə uşaqları bir balaca çirkli saxlamaq, hər dəfə əli dezinfektorla yumamaq, dezinfektorlardan həddindən artıq istifadə etməmək, uşaqların bir az çirkli, mikroblu, hətta qurdlu olması, məsələn, yüngül qurdların olması, onların daha az xəstələnməsinə, müqavimətlərin daha güclü olmasına və alergik xəstəliklərin daha az olmasına səbəb ola bilir".