Karantin rejimini pozanlar cəzalandırılacaq
18.02.2020
Sinqapur hökuməti Çindən qayıdan ölkə vətəndaşlarını ev karantini rejimində qalmayacaqları təqdirdə cəzalandıracaq.
Bu barədə "The Straits Times” məlumat yayıb.
Fevralın 18-də yerli vaxtla saat 23:59-da qüvvəyə minəcək yeni sərəncam Çindən qayıdanların 14 gün ərzində ev karantinini tərk etməsinə qadağa qoyur.
Bu qərar yeni növ koronavirusun (COVID-2019) yayılması təhlükəsi səbəbi ilə qəbul edilib.
Karantin rejiminə əməl etməyənləri 6 aya qədər həbs cəzası, həmçinin 10 min Sinqapur dollarınadək (təxminən, 7,2 min ABŞ dolları) cərimə gözləyir. Xarici vətəndaşlar üçün isə qaydalara itaətsizlik işdən qovulma və deportasiya ilə nəticələnəcək.