Klement Kremlin casusu imiş
18.02.2020
Belçika əks-kəşfiyyatının rəhbəri Klement bir neçə həftə öncə müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb.
Bu məlumatı Belçika mətbuatı yayıb. Məlumata görə, əks-kəşfiyyat rəhbəri Rusiyaya xidmətdə ittiham olunur.
Bununla belə skandalın ölkənin hərbi kəşfiyyatı və əks-kəşfiyyatı arasında olan qarşıdurma ilə əlaqədar olduğu bildirilib.
Əks-kəşfiyyat rəhbəri isə ittihamları rədd edib.
Qeyd edək ki, Belçika kəşfiyyatının məlumatına görə, Brüsseldə aktiv agentura fəaliyyəti ilə Çin, Rusiya, ABŞ və Mərakeş məşğul olur. Çinin AB-də 250, Rusiyanın isə 200 casusunun olduğu güman edilir.