MSK-nın iclası başladı: Ekspertlər çıxış edir
17.02.2020
Mərkəzi Seçki Komissiyasının iclası başlayıb.
İclasda fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılır.
Daxil olan müraciətlərlə bağlı MSK katibi Arifə Muxtarova və Ekseprt Qrupunun üzvləri məlumat verirlər.
MSK katibi Arifə Muxtarova bildirib ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə daxil olmuş bir müraciətin araşdırma səlahiyyəti DSK-ya aid olduğundan müvafiq DSK-ya göndrilməlidir.
A.Muxtarova daha sonra bildirib ki, 121 saylı Laçın, 108 saylı Ağstafa, 73 saylı Lənkəran şəhər, 98 Şəmkir şəhər seçki dairəsi üzrə (bu dairə üzrə iki şikayət), 10 saylı Binəqədi üçüncü, 16 saylı Yasamal ikinci, 24 saylı Nizami seçki dairəsi üzrə şikayətlər qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyi üçün ərizəçilərə geri göndəilməlidir.
Daha sonra bu şikayətlərin müvafiq DSK-ya və ərizəçilərə göndərilməsi barədə qərar qəbul olunub.