21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyanın “Böyük Tiqranı” kimdir? -Faktlar

17.02.2020

Ermənistan Baş Naziri Nikol Paşinyanın "erməni kralı” olaraq qeyd etdiyi Böyük Tiqran əslən Parfiyanın arşakilər sülaləsinə mənsub bir şəxs olub.

Bu sözləri Kult.az-a açıqlamasında tarixçi Kərəm Məmmədov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanın "erməni kralı” Böyük Tiqranın romalı Pompeylə danışıqlar aparan zaman Cənubi Qafqazda və bütün dünyada Azərbaycan adlı ölkənin olmaması barədə sözlərini şərh edərkən deyib. O bildirib ki, bu gün dünya siyasi xəritəsində çox az dövlət tarixi adını saxlayıb:

"Nəzərə almaq lazımdır ki, tarixdə hayların "Armeniya” adlı bir krallığı olmayıb. "Armeniya” coğrafi bir termindir və haylarla heç bir bağlılığı yoxdur. Təsadüfü deyil ki, bu gün ermənilər özlərini "hay”, ölkələrini isə "Hayestan” adlandırırlar.

Paşinyanın "erməni kralı” olaraq qeyd etdiyi Böyük Tiqran adlı tarixi şəxs həqiqətən də olub. Lakin bu tarixi şəxsin hay hökmdarı olması tamami ilə uydurmadır. Böyük Tiqran etnik olaraq partdır və Parfiya imperiyasının arşakilər sülaləsinə mənsub olub. Məşhur amerikalı tarixçi Vayn Kepperin arşakilər sülaləsi ilə bağlı xüsusi araşdırması var. Bu əsərdə arşakilər sülaləsinin bütün nümayəndələri haqda ətraflı məlumat qeyd edilib. Erməni tarixçiləri də bütün əsərlərində qeyd edirlər ki, arşakilərin haylarla heç bir əlaqəsi yoxdur”.

K.Məmmədov bildirib ki, Böyük Tiqran tarixdə heç də müsbət obraz kimi xatırlanmır:

"Tiqran öz ailəsinə xəyanət etmiş bir şəxs olaraq tanınır. Ermənilərin ağız dolusu danışdığı və özününküləşdirmək istədiyi bu şəxsin tarixdə elə də ciddi bir fəaliyyəti olmayıb. Tarixi qeydlərdə Tiqranın Pont çarlığı ilə uzun illər müharibə etməsi və elə bu müharibə gedişində əsir alınaraq həbs edilməsi qeyd olunur.

Nikol Paşinyanın qeyd etdiyi erməni kralı Böyük Tiqranın romalı hərbi lider Pompeylə danışıqlar aparması da tarixi bir həqiqətdir. Lakin görünür, Paşinyan Roma sərkərdəsi Pompey ilə Tiqran arasında gedən danışıqların təfərrüatını bilmir. Bilsəydi, bu məsələni belə rahatlıqla tarixi arqument olaraq dilə gətirməzdi.

Bəli, Tiqran ilə Pompey arasında danışıqlar olub, lakin bu danışıqlar zamanı o özünün olmayan torpaqlarını Pompeyə verib. Bundan sonra Tiqran Roma himayəsində kiçik bir ərazidə vassal kimi hakimiyyət qura bilib. Onu da qeyd edim ki, Paşinyanın sözlərinin əksinə, Tiqranın yaşadığı tarixi dövrdə Qafqazda Albaniya, Araz çayından cənubda isə Atropatena dövlətləri mövcud olub. Dünya tarixşünaslığında Azərbaycan coğrafi adının Atropatenadan formalaşdığı birmənalı olaraq qəbul edilir”, - deyə o bildirib.