AB Belarusa silah embarqosunu ləğv etmədi
17.02.2020
Avropa Birliyi Belarusa silah embarqosunu bir il müddətinə uzadıb.
Bu barədə məlumat AB Şurasının bəyanatında yer alıb.
Embarqonun 28 fevral 2021-ci ilə qədər davam edəcəyi vurğulanıb.
Bununla bərabər 4 Belarus hərbçisinə qarşı sanksiyalar da qüvvədə saxlanılıb.