21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Badamdardakı uçqunun səbəbi açıqlandı

17.02.2020

Ötən gün Badamdar qəsəbəsində baş verən torpaq uçqununa səbəb antropogen amillərdir.
Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov deyib.
Onun sözlərinə görə, hadisə yerinə səhər saatlarında özünün iştirakı ilə baxış keçirilib: "Texnogen fəaliyyətin təsiri səbəbindən baş verən uçqunun uzunluğu təxminən 20 metrə yaxındır”.
Nazirlik rəsmisi bildirib ki, uçqun kütləsi ərazidə yolu örtüb: "Ərazidə yerləşən bir ev uçqun zamanı deformasiyaya uğrayıb. Həmin yerdə hazırda heç bir yeni təhlükə yoxdur”.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev isə açıqlamasında deyib ki, hazırda mütəxəssislərin iştirakı ilə evlərə baxış keçirilir: "Məsələ ilə əlaqədar araşdırmalar aparılır. Topoqraf geoloqların rəyindən sonra işlərin hansı formada görülməsi müəyyənləşəcək. Bu işlər bir-iki günə yekunlaşacaq. Bundan sonra da uçqun kütləsinin yığışdırılıb-yığışdırılmaması, yaxud da hansı əraziyə daşınması barədə qərar qəbul ediləcək. Hazırda orada hər hansı bir təhlükə yoxdur”.