ABŞ Çinə aviamühərrik ixracını dayandırır
17.02.2020
ABŞ Prezident Administrasiyası Çinin COMAC təyyarəsi üçün "General Electric Co” şirkətinin aviasiya mühərrikləri tədarükünü qadağan etməyi planlaşdırır.
Bu məlumatı "Vol Strit Jurnal” yayıb. Məlumata görə, bu qərar Vaşinqtonla Pekin arasında ticarət müharibəsinin eskalasiyasına səbəb ola bilər.
Administrasiyanın bu addımı sayəsində Çinin mühərrik hazırlamaq üçün texnologiya əldə etmək imkanlarını artıracağı bildirilib.