Suriya hücumunu Puşkov da dəstəklədi
17.02.2020
Hələbdəki bütün yaşayış məntəqələrinin azad olunması vacib siqnaldır.
Bunu Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov öz Tvitter səhifəsində paylaşıb.
"Bu, Suriyada cihadçılar üçün anklav saxlamaq istəyənlərə vacib siqnaldır. Ölkənin azad olunması prosesi davam edəcək. Heç bir ölkənin Suriyanı nəzarətdə saxlamaq haqqı yoxdur. ABŞ da Suriyanı tərk edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Suriya ordusu Hələbin bütün yaşayış məntəqələrində nəzarəti 2012-ci ildən bu yana ilk dəfə təmin edib.