Rauf Əliyev 7-ci komandasının heyətində fərqlənib
17.02.2020
Azərbaycan Premyer Liqasının XVII turu Rauf Əliyevin daha bir klubda qol hesabını açması ilə əlamətdar olub.
Qış fasiləsində "Səbail”ə keçən hücumçu "Qəbələ” ilə ev matçında (3:1) qol sevinci yaşayıb.
O, cari mövsümün ilk yarısında "Neftçi”də də fərqlənib. Rauf əvvəlki mövsümlərdə daha 5 komandada rəqib qapısına yol tapıb. Forvard "Qarabağ”, "Bakı”, "Xəzər Lənkəran”, "Keşlə” və "Qəbələ”də bunu bacarıb.
"Qəbələ”yə vurduğu topla Əliyev heyətində fərqləndiyi klubların sayını 7-yə çatdırıb. 31 yaşlı oyunçu Azərbaycan çempionatlarının 28 illik tarixində 7 və daha çox klubda qol vuran 12-ci oyunçudur. Mütləq rekord isə 10 komandada bunu bacaran Kənan Kərimova məxsusdur.