“Google” İran telekanalının hesablarını bağlayıb
15.02.2020
"Google” şirkəti İranın dövlət televiziyasının London bürosunun elektron ünvanını və "YouTube” kanalındakı hesabını bağlayıb.
Иu barədə açıqlama yayan "Google” İran televiziyasının qaydaları pozduğuna görə onun hesabları bağlandığını bildirib. Şirkət konkret olaraq hansı qaydaların pozulduğunu açıqlamayıb.
Qeyd edək ki, iki ay əvvəl "Google” İranın ingilisdilli "Press TV” və ispandilli "Hispain TV” kanallarının da "YouTube” hesablarını bağlayıb.