Dünyanın hərbi xərcləri 1,7 trilyona çatdı
15.02.2020
Dünya ölkələri 2019-cu ildə silahlanma və müdafiə xərclərinin həcmini 4% artırıb.
Bu məlumat Strateji Tədqiqatlar Beynəlxalq İnstitutunun hesabatında yer alıb. Ümumilikdə dünyanın hərbi xərcləri 1,7 trilyon dolları keçib.
Dünya ölkələri arasında müdafiə xərclərinə görə ilk yeri ABŞ tutub. Ondan sonrakı yerləri Çin və Səudiyyə Ərəbistanı tutub. Növbəti pillələrdə Rusiya, Hindistan, Britaniya, Fransa, Yaponiya, Almaniya və Cənubi Koreya qərarlaşıb.