Bakıda yenidən sürüşmə oldu
14.02.2020
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.
Report-un xəbərinə görə, sürüşmə Badamdar şosesinin yaxınlığında qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov açıqlamasında bildirib ki, hazırda Badamdar sürüşmə sahəsində monitorinq işləri aparılır:
"Hazırda sürüşmə ərazisində baş verən aktivliyin həcmi müəyyənləşməyib. Sürüşmə ilə bağlı monitorinqlərimiz davam etdirilir. Yaxın vaxtlarda sürüşmə ilə bağlı aktivliyin həcmi dəqiq müəyyən olunacaq".