03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan İranla sərhəddə körpü tikmək istəyir

14.02.2020

Azərbaycanın İranla sərhədində yeni körpünün tikintisinə bu il başlanılması planlaşdırılır.
Bu barədə Report-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərində görə, Astaraçay çayı üzərində tikiləcək körpü İranın magistral yolunu birləşdirəcək: "Hazırda körpünün tikintisi ilə bağlı İran tərəfi ilə danışıqlar aparılır. AAYDA sədri Saleh Məmmədovun iştirakı ilə İrana rəsmi səfərlər təşkil edilib və körpünün tikintisi ilə bağlı müzakirələr aparılıb. Yeni tikililəcək körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna aiddir”.
A.Nəcəfli vurğulayıb ki, Rusiya sərhədində Samur çayının üzərində körpünün tikintisi ilə bağlı layihəni iki ölkə birgə maliyyələşdirib: "İranla sərhəddə olan körpünün inşaasında da həmin maliyyələşdirmə mexanizmi tətbiq edilə bilər”.