Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Speys TV-də yayımlanan "Sadə həqiqətlər” verilişində həyatı ilə bağlı sensasion məqamları açıqlayıb.
Sabiq nazir bir müddət öncə bir nəfərin ölümünə səbəb olan yol qəzasına görə özünü günahkar hesab etmədiyini deyib.
T.Zülfüqarov nazir olan zaman gördüyü işlərdən, Lissabon sammitində əldə olunan qələbənin detallarından da danışıb.
Verilişin sonunda isə keçmiş nazir sərvəti haqda sualı cavablandırıb və malik olduqlarını son on ildə qazandığını deyib.
Qeyd edək ki, "Sadə həqiqətlər” verilişi bu gün saat 22:00-da yayımlanacaq.