Rusiya SSRİ torpedalarını modernizə edir
14.02.2020
SSRİ dönəmində yaradılmış torpedalar modernizə edilir.
Bunu jurnalistlərə açıqlamasında Rusiya "Taktiki Raket Silahları” korporasiyasının baş direktoru Boris Obnosov deyib.
"Torpeda silahlarının daha çox aktivliyini istəyirik. Hazırda silahlanmada olan sovet torpedalarını modernizə edəcəyik. Bundan başqa adlarını çəkmək istəmədiyim perspektivli torpedalar da var və hələlik onlar üzərində iş aparırıq”, – deyə o bildirib.