Əsəd: İranla buna görə yaxınlaşırıq
18.05.2018
Suriya və İran arasında iqtisadi əlaqələrin gücləndirilməsi Qərb hegemoniyası ilə mübarizə üçün vacib elementdir.
"Dövran Media" xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd İranın Yol və Şəhərsalma naziri Abbas Axundi ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, bütün dünya sanksiyalara və məcburi iqtisadi tədbirlərə əsaslanan Qərb layihələri ilə mübarizə aparmalıdır.