Vyetnamın bu ərazisi karantinə alındı - koronavirusa görə
13.02.2020
Vyetnamın paytaxtı Hanoy şəhərinin yaxınlığında yerləşən və 10,6 min nəfər əhalisi olan Son Loy kommunası karantinə alınıb.
Buna səbəb 7 nəfərin koronavirusa yoluxmasıdır.
Karantin fevralın 13-dən başlayaraq 20 gün davam edəcək.
Ümumilikdə ölkədə koronavirusa 16 yoluxma hadisəsi qeydə alınıb.