150 saniyəlik PARTLAYIŞ
13.02.2020
İndoneziyanın Java əyalətindəki Merapi vulkanında partlayış baş verib. 05.16-da baş verən partlayış təqribən 150 saniyə davam edib.
Səlahiyyətlilər vulkanın kraterindən 2 min metr yüksəkliyə qədər çıxan kül və tüstünün olduğunu bildirlər.
Volkanologiya və Geoloji Afətlərin Azaldılması Mərkəzi (PVMBG) turistlərə və yerli sakinlərə vulkandan 3 kilometr məsafədə ikinci həyəcan (Vaspada) səviyyəsində işləməmələri barədə xəbərdarlıq edib.
2010-cu ildə hündürlüyü 2 min 968 metr olan Java adasında Merapi vulkanı nəticəsində 347 nəfər həyatını itirmişdi.
Hazırda İndoneziyada "Sakit okean halqası" zəlzələsində və vulkan zonasında təxminən 130 aktiv vulkan var.