Lukaşenkodan şok: ABŞ-la məxfi müqavilə imzaladı
12.02.2020
Minskə səfəri zamanı ABŞ Dövlət katibi Mayk Pompeo ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında ABŞ neftinin Belarusa tədarüküylə bağlı çərçivə müqaviləsi imzalanıb.
Bu məlumatı "Deyli Best” qəzeti yayıb. Məlumata görə, razılaşma "Belneftexim”lə Şimali Dakotadan olan şirkət arasında bağlanıb.
Sənədə əsasən, Belarus 18 milyon barrel neft almalıdır. Müqavilənin detalları barədə əlavə məlumat verilməyib.
Bu razılaşmanın Kremlə siqnal olduğu da bildirilib.