2:40:30 10 04 2025-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

İrandan qayıda bilməyən azərbaycanlılarla bağlı AÇIQLAMA

12.02.2020

Xəbər verdiyimiz kimi, güclü qar və şaxta səbəbindən ölkəyə qayıda bilməyən 69 Azərbaycan vətəndaşı İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda ziyarət məkanları və məscidlərdə yerləşdiriliblər.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva açıqlama verib. 
Onun sözlərinə görə, bununla bağlı Azərbaycanın İrandakı səfirliyinə hər hansı müraciət daxil olmayıb. 
Qeyd edək ki, İranın Astara rayonu Xeyriyyə Məsələləri üzrə İdarəsinin direktoru Cəmşid Məhdəvi 69 azərbaycanlının qar səbəbindən ölkəsinə qayıda bilmədiyini açıqlamışdı.