BDU-nun mətbuat katibi işdən çıxdı
12.02.2020
Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova vəzifədən getdi.
Bu barədə məlumatı Pərvanə İbrahimova Feysbuk hesabında qeyd edib.
"20 illik Mətbuat-informasiya şöbəsi, təbii ki, mənə çox şey qazandırdı. BDU kimi möhtəşəm bir universitetin gözəl professor-müəllim heyətini, tələbələrini, şöbəmin su kimi saf kollektivini, dəyərli media rəhbərlərini, əziz jurnalist həmkarlarımı! Bu illər ərzində vəzifənin verdiyi şərəfdən daha çox onun məsuliyyətini dərk etdim. Məni tanıyanlar, fəaliyyətimizlə yaxından-uzaqdan tanış olanlar bilirlər ki, bu şöbə üçün iş saatının bitməsi yox, işin bitməsi önəmli oldu! Bir gün olsun belə işdən yayınmadım, verilən tapşırıqlara vicdan və şərəflə yanaşdım, hətta 20 ilin məzuniyyətlər dönəmində də işlərin çoxluğu səbəbindən əsasən iş başında oldum. Amma nə baş verdi? Baş verən o oldu ki, 20 ilin tamamında gedəsi oldum!”, - İbrahimova bildirib.