0:12:11 11 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

69 azərbaycanlı İrandan qayıda bilmədi

12.02.2020

Güclü qar və şaxta səbəbindən ölkəyə qayıda bilməyən 69 Azərbaycan vətəndaşı İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda ziyarət məkanları və məscidlərdə yerləşdiriliblər.
Xəbər verildiyi kimi, bunu İranın Astara rayonu Xeyriyyə Məsələləri üzrə İdarəsinin direktoru Cəmşid Məhdəvi deyib.
C.Məhdəvinin sözlərinə görə, Azərbaycan vətəndaşları ötən gün rayonda nəzərdə tutulan məkanlarda gecələyiblər.
Qeyd edək ki, ötən üç gün ərzində İranın Gilan vilayətinin əksər hissələrində güclü qar yağıb. Vilayətin bəzi rayon və şəhərlərində qarın hündürlüyü bir metri keçib.
Əlavə edək ki, İranda güclü qar və uçqun nəticəsində indiyədək səkkiz nəfər həyatını itirib, 85 nəfər yaralanıb.