7300 il əvvəl öldürülmüş insanların qalıqları tapıldı
12.02.2020
Arxeoloqlar İspaniyada 7300 il əvvəl vəhşicəsinə öldürülmüş insanların qalıqlarının olduğu mağara aşkar ediblər.
Bu barədə "Nature” jurnalı yazıb.
Tapıntı Ueska vilayətindəki El-Troks adlı mağarada aşkar olunub.
Ümumilikdə alimlər mağarada 13 insanın qalıqlarını üzə çıxarıblar. Bildirilir ki, onların hamısı eyni vaxtda deyil, təxminən min il fərqlə ölüblər.
Arxeoloqlar digərlərindən daha əvvəl ölən beş böyük və dörd uşaq da daxil olmaqla doqquz nəfərlik bir qrupun qalıqlarını aşkar ediblər. Radiokarbon yoxlaması nəticəsində onların bizim eradan əvvəl 5325-5067-ci illər arasında öldüyü üzə çıxıb.
Mütəxəssislər qalıqların üzərində ox və küt alət izləri tapıblar. Bu da onlara həmin insanların zorakılıq qurbanı olduğunu deməyə əsas verib.