Eks-deputat Almaniyadan sığınacaq istədi
12.02.2020
Ukrayna Radasının eks-deputatı Aleksandr Onişenko Almaniyadan siyasi sığınacaq istəyib.
Bu məlumatı onun vəkili İnqo Minocio yayıb. O, Onişenkonun hazırda məhkəmənin qərarını gözlədiyini bildirib.
Vəkil Onişenkonun Ukraynaya ekstradisiya olunacağı təqdirdə onun həyatı üçün təhlükə yaranacağını deyib.
O, eks-deputat üçün təhlükənin eks-prezident Pyotr Poroşenkodan gəldiyini söyləyib.