Bəkir Bozdağ: Oyuncaqları prezident seçməzlər
18.05.2018
Türkiyə, 15 iyul çevriliş cəhdi də daxil olmaqla, bir çox cinayətin bir nömrəli şübhəlisi, terrorçu lider Güləni ABŞ-dan üslubuna uyğun şəkildə tələb etmişdir.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyənin Baş nazir müavini Bəkir Bozdağ CHP-nin prezidentliyə namizədə Məhərrəm İncənin Fətullah Gülənin ekstradisiyası ilə bağlı sözlərinə cavab olaraq deyib.
"Cənab İncə, siz açıq şəkildə yalan deyirsiniz və ABŞ-dan sizə zəng edən hər kimdirsə, onun ağzı ilə utanmadan ölkənizə iftira edirsiniz. Cənab İncə, unutma ki, türk xalqı başqa ölkədən telefonla zəng edənlərin istifadə etdiklərini oyuncaq olaraq görür. Oyuncaqları isə prezident seçməzlər”, - Bozdağ bildirib.
Xatırladaq ki, CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə "CNN Türk” televiziyasında yayımlanan proqrama telefon vasitəsilə qoşularaq demişdi: "Amerikalılar mənə zəng elədi, "Türkiyə FETÖ-nu üslubuna uyğun şəkildə istəməyib” dedilər”.