Ana azyaşlı oğlunu şişlə yandırdı - Tərtərdə
12.02.2020
Tərtərdə ana azyaşlı oğlunu şişlə yandırıb.
Report-un xəbərinə, hadisə rayonun Azadqaraqoyunlu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb.
O, şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb.
Daha sonra uşağın atası R.Dünyamalıyev hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.