21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səməd Seyidov: “Bu, mənim üçün qüsur yox, şərəfdir”

18.05.2018

"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qərarı ədalətsizdir. Bu, Azərbaycana təzyiqdir”.
"Dövran Media"nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞ PA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.
S.Seyidov qeyd edib ki, AŞ PA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanksiyaya məruz qalmırlar:
"Ermənistan nümayəndə heyəti sanksiyaya məruz qalmayıb. Bu da ikili standartların olduğunu göstərir. Azərbaycan öz haqq səsini qaldıranda sanksiyaya əl atırlar. Biz düz yoldayıq. Bu, mənim üçün qüsur yox, şərəfdir, çünki mən Azərbaycanın maraqlarını qoruyuram”.