Əsəd Suriyada önəmli yolu ələ keçirdi
11.02.2020
Suriya ordusu Dəməşq-Hələb strateji şossesini tam nəzarətinə keçirib
bu məlumatı "Əl Hədat” televiziyası yayıb. Məlumata görə, Suriya ordusu keçirdiyi əməliyyatla müxalifətin əlindən sonuncu dayaq nöqtələrini ələ ala bilib.
Qeyd edək ki, Dəməşq-Hələb şosesi 432 kilometr uzunluğundadır və cənubla şimal arasındakı əsas nəqliyyat arteriyasıdır.