“Dərhal cavab verin” - Ərdoğan və Akar GÖRÜŞDÜ
11.02.2020
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə naziri Hulusi Akarla görüşüb.
Görüş Suriya ordusunun İdlibə hücumu nəticəsində 5 türk hərbçisinin həlak olmasından dərhal sonraya təsadüf etməsi ilə diqqət çəkib.
Görüşün əsas müzakirə mövzusu da İdlibdə son günlərdə baş verən proseslər olub.
Müzakirə edilən məsələlərin detalları barədə açıqlama verilməsə də, görüşdən sonra Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda, hərbçilərin ölümündə məsuliyyət daşıyan Bəşər Əsəd qüvvələrinə lazımi cavabın veriləcəyi bildirilib.