Türkiyə 5 şəhid verdi, Ərdoğan təcili Akarla görüşdü
10.02.2020
Prezident Rəcəb Tayib Ərdoğan Suriyanın İdlib şəhərində türk əsgərinə hücumdan sonra Türkiyə Müdafiə naziri Hulusi Akarla görüşüb.
Bu barədə məlumatı "Yeni Akit” qəzeti yayıb.
Qeyd edək ki, Suriyanın İdlib bölgəsində Əsəd ordusunun hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid olub, 5- i isə yaralanıb.