Suriyada 5 türk əsgəri şəhid oldu
10.02.2020
Əsəd qüvvələri İdlibdə Türkiyə hərbi kontingentini yenidən bombalayıb.
Nəticədə 5 türk əsgəri həlak olub, 5-i yaralanıb. Bu barədə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
"İdlibdə qırğının qarşısını almaq, sərhəd təhlükəsizliyimizi təmin etmək, miqrasiya və insanlıq dəhşətini əngəlləmək məqsədilə bölgəyə göndərilən əsgərlərimizə rejim tərəfindən fevralın 10-u atılan top atəşi nəticəsində 5 qəhrəman silahdaşımız şəhid olub, 5 silahdaşımız isə yaralanıb".