2315 məhbus əfv edildi
10.02.2020
İslam İnqilabının 41-ci ildönümü münasibətilə İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin göstərişi əsasında 2315 məhbus əfv olunub.
İranın Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi bununla bağlı Ayətullah Xameneiyə müraciət edib.
Müraciətdə 2315 məhbusun əfv edilməsi xahiş olunub.
Ali Lider həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.