Dairənin nəticələri o vaxt ləğv oluna bilər ki... - Ekspert
10.02.2020
Bir dairə üzrə məntəqələrin dörddə biri və ya seçicilərin səslərinin 25 faizi ləğv olunarsa, həmin dairənin ümumi nəticələri qeydə alınmır, nəticələr ləğv olunur.
Bu sözləri hüquqşünas Əliməmməd Nuriyev dünən baş tutan parlament seçkiləri ilə bağlı danışarkən deyib.
Hüquqşünas bildirib ki, bir dairə üzrə nəticələr ləğv olunarsa, həmin dairə üçün təkrar seçki keçirilir.
Xatırladaq ki, Mərkəzi Seçkilər Komissiyasının sədri Məzahir Pənahov 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan seçki dairələri barədə MSK-ya ciddi müraciətlər daxil olduğunu və hazırda araşdırma aparıldığını bildirib.