Kann festivalında ayaqyalın etiraz - FOTOLAR
18.05.2018
Dünyaca məşhur aktrisa Kristian Stüart Kann festivalının hündürdabanlı ayaqqabı kimi dres kod qaydalarına etirazını bildirib.
"Dövran Media" türk mətbuatına istinadən verdiyi xəbərə görə, Kannın dress kod qaydasına aktrisa ayaqqabısını çıxarıb ayaqyalın şəkildə qırmızı halıda addımlayaraq etiraz edib.
"Alaqaranlıq” filmilə məşhurlaşan aktrisa düz dabanlı ayaqqabı qadağasına təkadamlıq etiraz aksiyasını qırmızı xalça üzərində ayaqyalın poz verməklə tamamlayıb.
"Kişilərdən istəmədiyinizi məndən tələb edə bilməzsiniz" - deyə Kristian söyləyib.
Aktrisanın bu ayaqyalın etirazı sosial şəbəkədə rəğbətlə qarşılanıb.
Xatırladaq ki, Kann festivalında geyim qaydaları arasında qadınlara hündürdabanlı ayaqqabı geyinmək kimi bir öhdəlik yazılıb.