Elmar Məmmədyarov Vyanaya getdi
09.02.2020
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirak etmək məqsədilə Vyana şəhərinə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində E.Məmmədyarovun beynəlxalq təşkilatların rəhbərləri və konfransda iştirak edən dövlətlərin xarici işlər nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.