21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qazaxıstanı Çin qarışdırır?.. - Kütləvi davanın şok səbəbi

09.02.2020

Ötən gün Qazaxıstanda baş verən dava hökumətin narahatlığına səbəb olub.

Bu sözləri açıqlamasında qazaxıstanlı jurnalist Nurqali Yusifbay Qazaxıstanın Jambıl vilayətinin Korday rayonunda baş verən kütləvi dava ilə bağlı deyib. O bildirib ki, bu, Qazaxıstanda müəyyən keçmişə malik etnik qarşıdurmadır:

"Jambıl vilayətində baş verən kütləvi dava ciddi hadisədir. Digər ölkələrdə bəlkə də bu, adi dava və ya qarşıdurma olaraq görülə bilər, amma məsələnin əsli tam başqadır. Belə ki, Qazaxıstanın Jambıl vilayətində əsasən "Dunqan” adı verilən Çin əsilli müsəlman xalq yaşayır. Bunlar huey xalqının Mərkəzi Asiyadakı davamçılarıdır. Sayları Qazaxıstanda 40 min, Qırğızıstanda isə təxminən 60 minə yaxındır. Bundan başqa, Özbəkistan, Tacikistan və Rusiya Federasiyasında da kompakt şəkildə yaşayırlar. Əslində bundan öncə oxşar qarşıdurmalar Qırğızıstanda da baş verib. Dunqanlar demək olar ki, yaşadıqları bütün Mərkəzi Asiya ölkələrində oxşar insidentlərə səbəb olur. Yerli xalqlar tərəfindən sevilməyən dunqanlar arasında son zamanlar millətçi düşüncələr meydana gəlməkdədir. Əslində Jambıl vilayətində baş verən kütləvi davaya da bunun səbəb olduğu düşünülür”.

Jurnalist bildirib ki, dunqanların Mərkəzi Asiyaya gəlmələrinin ən böyük səbəbkarı Çindir:

"Ötən əsrdə dunqanlar Çin zülmündən qurtulmaq üçün Mərkəzi Asiyaya üz tutub və elə o vaxtdan da yerli xalqlarla qaynayıb, qarışıblar. Lakin bu gün dunqanların fəallaşmasında ən böyük dəstəkçinin yenə də Çin olduğu deyilir. Onu da deyim ki, regionda saylarını nəzərə alsaq, separatçı fəaliyyətə çox meyillidirlər”.

Qeyd edək ki, Qazaxıstanda baş verən kütləvi davada ölənlərin sayı 10-a çatıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.