Putindən “Kortej”lə bağlı tapşırıq: kütləvi istehsal - FOTO
18.05.2018
"Kortej” layihəsi çərçivəsində avtomobillərin kütləvi istehsalına başlanılmalıdır.
"Dövran Media" xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "Rostex”in rəhbəri Sergey Çemezovla görüşü zamanı deyib.
"Cip və sedanların normal istehsalını təşkil etmək və kütləvi istehsala başlamaq lazımdır”, - Putin bildirib.
Onun sözlərinə görə, həmin avtomobilləri istənilən gəlirli şəxslər əldə edə bilərlər.
Putin eyni zamanda "Kortej” layihəsindən olan limuzini çox bəyəndiyini söyləyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 7-də keçirilən andiçmə mərasiminə "Kortej” layihəsindən olan limuzində getmişdi.