Xamenei: Sanksiyalar İrana yardım edir
08.02.2020
ABŞ sanksiyaları İrana xeyir gətirdi. Ona görə ki, sanksiyalar İrana qüvvələrini gücləndirməyə və ona yeni imkanlar açmağa kömək etdi.
Bunu İranın Ali Dini lideri Əli Xamenei deyib. Onun sözlərinə görə, İrana 1979-cu ildən tətbiq edilən məhdudiyyətlər İranın Hərbi Hava Qüvvələrinə mane olmağa imkan verməyib:
"Bu gün bizə baxın. Biz təyyarə hazırlayırıq. Biz onların mümkün təzyiqlərinin qarşısını almışıq. ABŞ-ın sanksiyaları cinayət aktıdır, amma onlara İrana kömək edir. Bu xüsusilə İranın neft ixracından asılılığını azaltmağa yardım edə bilər”