Ermənistanda hüquq qətlə yetirildi - Vanetsyan
08.02.2020
Ermənistanda haqq və hüququn qətlinə cəhd göstərilib.
Bu sözləri öz Tvitter səhifəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan paylaşıb.
"Nəticələr çox ağır olacaq. Ölkəmizin hüquqi təhlükəsizliyi zəifləyəcək və beynəlxalq reputasiyamıza zərbə vuracaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistan parlamenti referendum yoluyla konstitusiya dəyişikliyinə dair qanun layihəsi qəbul edib.