Tramp qisasa başladı
08.02.2020
ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasında impiçmenti proseduru çərçivəsində ona qarşı ifadə vermiş ölkənin Avropa İttifaqı yanında daimi nümayəndəsi Qordon Sondlandı vəzifəsindən azad edib.
Bu barədə "The Washington Post” yazır.
"Prezident Qordon Sondlandı istefaya yollayıb. O, vəzifəsindən kənarlaşdırılan (impiçment proseduru çərçivəsində-red) ikinci şahiddir”, - nəşr vurğulayıb.
Qeyd edək ki, daha öncə isə Donald Trampa qarşı ifadə vermiş Milli Təhlükəsizlik Şurasının polkovnik-leytenantı Aleksander Vindman da vəzifəsindən azad edilib. Eyni zamanda onun əkiz qardaşı, şurada polkovnik-leytenantı rütbəsində hüquqşünas işləyən Yegveni Vindman da işindən azad edilib.
Ağ Ev məsələ ilə bağlı rəsmi məlumat yaymayıb.