Ulusoyun əsgərlik şəkilləri mediaya sızdı - FOTO
08.02.2020
Türkiyənin ən çox qazanan aktyorlarından olan Çağatay Ulusoy Ankarada 21 günlük ödənişli hərbi xidmət keçir.
Son olaraq "Hakan – Muhafiz” serialına çəkilən yaraşıqlı aktyorun hərbi xidmətindən olan yeni fotoları sosial mediaya sızıb.
Ankaranın Mamak bölgəsində hərbi xidmətdə olan Çağatayın əsgər yoldaşları ilə yeni fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Ç.Ulusoy qısamüddətli hərbi xidmət üçün 31 min lirə (təxminən 8 min 962 manat) pul ödəyib.