Trampa məktub: Gəl, Mayamidə görüşək
08.02.2020
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ABŞ Prezidenti Donald Trampa Senatda qalib gəlməsi münasibətiylə təbrik məktubu göndərib.
O, Trampa uğuruna görə badə qaldırmaları üçün Mayamidə görüşməyi təklif edib.
"Sizin uğurunuza badə qaldırmaq üçün Rusiya Liberal Demokrat Partiyasının fraksiyasının bütün üzvləri ABŞ-a uçmağa hazırdır. Biz sizə öz hesabımıza Mayamidə şam yeməyi təklif edirik”.
O, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin addımını yersi adlandırıb və respublikaçı senator Mit Romninin isə Tramp əleyhinə səs verməsini satqınlıq adlandırıb.