Türkiyədən şok addım: Komandosları ora göndərdi
07.02.2020
Türkiyə İdlibdəki müşahidə məntəqələrinə xüsusi təyinatlıları göndərir.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
"Xüsusi təyinatlılar, hərbi texnika və döyüş sursatları olan 150 yük maşını Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı rayonuna çatıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Suriya rejim qüvvələrinin İdlibdə həyata keçirdiyi hücumlar nəticəsində türk müşahidə məntəqələri mühasirəyə düşüb.