ABŞ-dan bu ölkəyə çağırış: Onları cəzalandır!
07.02.2020
ABŞ İraqın Nəcəf şəhərindəki etiraz aksiyalarında dinc etiraçıların qətlinə görə sərt etiraz edib.
ABŞ Dövlət katibi Mayk Pompeo Bağdadı günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Qeyd edək ki, bundan öncə İraqın Nəcəf şəhərində etirazçılarla Müqtəda əs-Sədrin tərəfdarlarının toqquşması nəticəsində 11 nəfər həlak olub.
Ölkə ərazisində hökumətin istefasıyla bağlı etiraz aksiyalarına 2019-cu ilin oktyabrında start verilib. Aksiyalar nəticəsində indiyə qədər 600 nəfər həlak olub, 50 min nəfər yaralanıb.
Bu, Səddam Hüseynin devrilməsindən sonra baş tutan ən genişmiqyaslı etiraz aksiyalarıdır.