Əl-Qaidə lideri öldürüldü
07.02.2020
Əl-Qaidə terror təşkilatının Ərəbistan yarımadasındakı lideri Qasım əl Rimi öldürülüb.
Bu barədə Ağ Ev məlumat yayıb.
"ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə ABŞ ordusu Yəməndə antiterror əməliyyatı keçirib. Əməliyyat çərçivəsində Əl-Qaidə terror təşkilatının Ərəbistan yarimadasındakı lideri Qasım əl Rimi məhv edilib.
Rimi 1990-cı illərdə Əl Qaidəyə qoşulub və Əfqanıstanda Usama bin Ladenlə birlikdə çalışıb. Onun liderliyində Əl Qaidə Yəməndəki dinc sakinlərə qarşı divan tutub. Riminin öldürülməsi ilə müttəfiqlərimizin təhlükəsizliyi təmin etdik. ABŞ-a zərər verən terror təşkilatlarını məhv etməyə davam edəcəyik”, - Ağ Ev vurğulayıb.