8 saatlıq iş rejimi ilə bağlı - Açıqlama
06.02.2020
8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu iki istiqamət üzrə fəaliyyət göstərəcək.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, ilk mərhələdə bu istiqamətdə olan şikayətlərin, müraciətlərin araşdırılması və tədbirlərin görülməsi, müvafiq xəbərdarlıq edilməsi istiqamətində olacaq.
Nazir ikinci mərhələdə isə iş yerlərində müvafiq səyyar yoxlamalar həyata keçiriləcəyini bildirib.
Hazırda təkliflər üzərində işləndiyini qeyd edən nazir bu təkliflərin hökumətə təklif ediləcəyini söyləyib:
"Müvafiq qərardan sonra məsələ təmin ediləcək. Araşdırmalarımızın, monitorinqimizin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xəbərdarlıq olunacaq, işçiyə və işəgötürənə hüquq və vəzifələr izah ediləcək. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq olunacaq. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər.